Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən supermarket daxilində fəaliyyət göstərən çörəkbişirmə sexində bir nəfərin əlinin xəmir qarışdıran qazanda sıxılıb qalması və xilasedici köməyinə ehtiyacın yaranması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş 1975-ci il təvəllüdlü Z.Ağayeva xəmir qarışdıran qazanı təmizləyərkən ehtiyatsızlıqdan əli qazanda ilişib qalıb.
Xilasedicilər xüsusi vasitələrlə zərərçəkmişin əlini çıxararaq xilas olunmasını təmin ediblər.
Bizim.Media