2023-cü ildə Hesablama Palatası 8 nəzarət tədbiri üzrə Baş Prokurorluğa, 1 nəzarət tədbiri üzrə isə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
Sənədə əsasən, Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) Sumqayıt Tibb Mərkəzinin (1), Təhsil Nazirliyinin tabeliyindəki Naxçıvan Dövlət Universitetinin (2), Gənclər və İdman Nazirliyinin (3), ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (4), Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin (5), Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinin (6), TƏBİB-in Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (7), "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (8) fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı Baş Prokurorluğa, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı isə DTX-ya müraciət olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:09 / 08.04.2024
Hesablama Palatası 9 nəzarət tədbiri üzrə Baş Prokurorluğa və DTX-yə MÜRACİƏT EDİB
Hazırda oxunan: Hesablama Palatası 9 nəzarət tədbiri üzrə Baş Prokurorluğa və DTX-yə MÜRACİƏT EDİB
Hazırda oxunan: Hesablama Palatası 9 nəzarət tədbiri üzrə Baş Prokurorluğa və DTX-yə MÜRACİƏT EDİB
186194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.