Son 3 ayda neçə şəxsə əlillik təyin olunub? - RƏSMİ

Hazırda oxunan: Son 3 ayda neçə şəxsə əlillik təyin olunub? - RƏSMİ

186186

Bu ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 11,5 min şəxsə əlillik təyin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, onlardan 5,6 mininə ilkin, 5,9 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Son üç ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 24,8 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin