Aydın Kərimov: “Şuşa” Azərbaycan Evi iki qardaş şəhər arasında ilk layihə olaraq tarixə düşdü”

Hazırda oxunan: Aydın Kərimov: “Şuşa” Azərbaycan Evi iki qardaş şəhər arasında ilk layihə olaraq tarixə düşdü”

186128

“Şuşa” Azərbaycan Evi iki qardaş şəhər arasında ilk layihə olaraq tarixə düşdü”.

Bizim.Media xəbər verir ki, bunu report.az-a Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov Kayseridə keçirilən “Şuşa” Azərbaycan Evinin açılışında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Kayseri şəhərində Şuşa Azərbaycan Evinin açılışı keçirilir


O deyib ki, Azərbaycan və Türkiyə arasında bənzəri olmayan qardaşlıq münasibətləri bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin əsasını təşkil edir.

Nümayəndə Şuşa şəhərinə işğaldan azad olunduqdan sonra həyatın qaytarıldığı ilk günlərdən Türkiyə şəhərləri ilə əməkdaşlığın qurulması işinə böyük önəm verildiyini qeyd edib:

“Son üç ildə Şuşa şəhəri ilə dünyanın müxtəlif ölkələrinin doqquz şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq əlaqələri qurulub. Təsadüfi deyil ki, bu şəhərlərdən ikisi məhz Türkiyənin Ərzurum və Kayseri şəhərləridir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin