Azərbaycan və Türkiyə poçtları aşağı tariflərlə xidmət göstərəcək

Hazırda oxunan: Azərbaycan və Türkiyə poçtları aşağı tariflərlə xidmət göstərəcək

18606

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “UPT” pul köçürmələri sisteminin Azərbaycanda yeni tərəfdaşı oldu.

“Azərpoçt”dan Bizim.Media-ya verilən məlumata görə, UPT Türkiyənin beynəlxalq pul köçürmələri və ödəniş platformasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərpoçt”da korrupsiya: Qadın məmur həbs edildi


“Ödəniş transferi sistemi üzrə əməkdaşlıq” müqaviləsinə əsasən, “Azərpoçt” və Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatı daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır.

Müqavilə çərçivəsində “Azərpoçt” və PTT, “Aktif Bank” tərəfindən təqdim olunan “Ödəniş ötürmə sistemi”ndən istifadə etmək barədə razılığa gəlib.

Azərbaycan və Türkiyə arasında sürətli pul köçürmələri hər il dinamik şəkildə artır. Aprel ayından etibarən vətəndaşlar hesab açmadan “Azərpoçt”un 1500-ə, PTT-nin isə 5000-ə yaxın poçt məntəqəsində daha aşağı tariflərlə etibarlı pul köçürmə əməliyyatını həyata keçirə bilirlər.

“Azərpoçt” və “PTT” poçt-maliyyə sahəsində uzun illərdir uğurlu əməkdaşlıq edir. İcrasına başlanılan yeni layihə bu əməkdaşlığın daha da inkişaf etməsinə geniş zəmin yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin