Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə uğurlu start götürüb.
Bizim.Media xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya və dördqat Avropa çempionu təsnifat mərhələsində Fransanı təmsil edən Xamzat Arsamerzoyevi üstələyib.
Rəqibinə 5:2 hesabı ilə qalib gələn 32 yaşlı idmançı 1/4 finala yüksəlib.
Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala adlayıb.
*** 11:12
Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə bu gün yekun vurulacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, son gündə sərbəst güləşçilər mübarizə aparacaqlar.
Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində italiyalı Simone Piroddu ilə güləşəcək. Hacı Əliyev (65 kq) eyni raundda Fransanı təmsil edən Xamzat Arsamerzoyevi sınağa çəkəcək.
Turan Bayramov (74 kq) 1/8 finalda isveçrəli Tobias Portmannla qarşılaşacaq. Osman Nurmaqomedov (86 kq) ilk mərhələdə litvalı Domantas Pavluçenkoya qalib gəlməyə çalışacaq.
Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kq) isə Abraham Konyedo (İtaliya) - Paris Karepi (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk iki gündə 4 yunan-Roma və 5 qadın güləşçimiz uğursuz çıxış edib.
- A-
- A
- A+
İdman
11:56 / 07.04.2024
Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev 1/4 finala yüksəldi - YENİLƏNİB/VİDEO
Hazırda oxunan: Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev 1/4 finala yüksəldi - YENİLƏNİB/VİDEO
Hazırda oxunan: Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev 1/4 finala yüksəldi - YENİLƏNİB/VİDEO
186059
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.