İran İsrailə hücum edəcək? - Amerika mətbuatı bəzi DETALLARI AÇIQLADI

Hazırda oxunan: İran İsrailə hücum edəcək? - Amerika mətbuatı bəzi DETALLARI AÇIQLADI

186053

Xəbər verdiyimiz kimi, İsrailin aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına həyata keçirdiyi hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) ikisi general olmaqla 7 üzvü həlak olub. Hadisədən sonra Tehranın qisas bəyanatları artıb, İsrail və ABŞ-ın bölgədəki qüvvələri təşvişə düşüb.

Bizim.Media ABŞ-ın “New York Times” (NYT) qəzetinə istinadən xəbər verir ki, İran rəsmilərinin sözlərinə görə, Tehran birbaşa İsrailə hücum etmək qərarına gəlib.

Amerika mətbuatına açıqlama verən ABŞ rəsmiləri də İranın hücumunun qaçılmaz olduğunu və bunun dəstəklədiyi qruplar vasitəsilə deyil, birbaşa Tehrandan gələcəyinə inandıqlarını bildiriblər. Vaşinqton və Təl-Əviv hökumətləri ABŞ və İsrailin aktivlərinin və personalının hədəfə alınma riski altında olduğunu gözləyirlər.

Amerika kəşfiyyatının məlumatına görə, İran Ramazan bayramına qədər İsrailin diplomatik nümayəndəliklərini kamikadze pilotsuz təyyarələr və qanadlı raketlərlə hədəfə alacaq.

Tehrandan gələn təhdidlərdən dərhal sonra İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, hərbçilərin bütün məzuniyyətləri ləğv edilib və əlavə hava hücumundan müdafiə bölmələri müharibəyə hazır vəziyyətə gətirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin