ABŞ-də MLS-in növbəti turunda “İnter Mayami” doğma meydanda “Kolorado Rapids”lə 2:2 hesablı heç-heçə edib.
Bizim.Media xəbər verir ki, 45-ci dəqiqədə qonaqların braziliyalı hücumçusu Rafael Navarro 11 metrlik zərbədən fərqlənib. İkinci hissədə meydana daxil olan argentinalı hücumçu Lionel Messi matçda hesabı bərabərləşdirib.
60-cı dəqiqədə Leonardo Afonso meydan sahiblərini hesabda irəli çıxarıb. 88-ci dəqiqədə isə koloradolu Koul Basset matçın yekun nəticəsini müəyyənləşdirib - 2:2.
Qeyd edək ki, Messi üçün bu oyun zədədən sonra ilk olub. İkinci hissədə meydana “Barselona”nın daha iki keçmiş futbolçusu Jordi Alba və Serxio Buskets daxil olub. Uruqvaylı hücumçu Luis Suares isə oyunun sonuna kimi ehtiyat oyunçular skamyasında qalıb.
“İnter Mayami” hazırda səkkiz matçdan 12 xalla MLS turnir cədvəlində üçüncüdür.
Bizim.Media