“Biz Haaqada dinc nümayiş zamanı tanınmış ətraf mühit fəalı Qreta Tunberqin həbsindən narahatıq”.
Bizim.Media xəbır verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında qeyd edilib.
“COP29-a sədrlik edən ölkə olaraq biz Hollandiya hakimiyyətini iqlim dəyişikliyinə etiraz edənlərin ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq”, - deyə XİN-dən bildirilib.
Qeyd edək ki, Niderland polisi isveçli eko-fəal Qreta Tunberqi saxlayıb. Belə ki, Tunberq tərəfdaşları ilə birgə Avropa İttifqaqının (Aİ) qalıq yanacaqların alınmasına verdiyi subsidiyalara etiraz məqsədilə aksiya keçirib və bu məqsədlə Haaqada əsas A12 magistral yolunu bağlayıb
We are disturbed by the detention of the prominent climate activist @GretaThunberg during peaceful demonstration in The Hague.
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) April 6, 2024
As a @COP29_AZ presidency we call on the Dutch authorities to respect the freedom of expression of climate protestors, and release those detained.
Bizim.Media