Türkiyənin "Beşiktaş" klubu "Qarabağ"ın forvardı Juninyo Olaviudan əl çəkmək fikrində deyil.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi "Beşiktaş"dan 8 milyon avro (təxminən 15 milyon manat) tələb edirdi.
Ancaq son məlumata görə, "Qarabağ" müəyyən qədər güzəştə getməyə hazırdır. "Beşiktaş" isə bu məbləğin xeyli azaldılmasını tələb edib. Türkiyə klubu Juninyo üçün yeni təklif hazırlayaraq Ağdam klubuna rəsmi müraciət edəcək.
Braziliyalı hücumçu 2023-cü il iyulun 1-də Portuqaliyanın "Şaviş" klubundan "Qarabağ"a keçib. O, 2026-cı il iyunun 30-na qədər Azərbaycan çempionuna məxsusdur.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:48 / 06.04.2024
“Beşiktaş” “Qarabağ”ın legionerindən əl çəkmir
Hazırda oxunan: “Beşiktaş” “Qarabağ”ın legionerindən əl çəkmir
Hazırda oxunan: “Beşiktaş” “Qarabağ”ın legionerindən əl çəkmir
186007
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.