Orskda daşqından sonra yoluxucu xəstəliklər artıb - VİDEO 

Hazırda oxunan: Orskda daşqından sonra yoluxucu xəstəliklər artıb - VİDEO 

185993

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində su bəndinin uçması və daşqın nəticəsində içməli suyun çirklənməsi yoluxucu xəstəlikləri artırıb.

Bizim.Media xəbər verir bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, 18 nəfər bağırsaq xəstəliklərinə görə həkimə müraciət edib. 

Rusiya istehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsinə nəzarət üzrə federal xidməti (“Rospotrebnadzor”) alınan qan təhlillərində norovirus aşkar edib.
Bildirilib ki, bütün xəstələrdə eyni simptomlar müşahidə edilir, ürəkbulanma və qusma. 8 nəfər xəstəxanaya yerləşdirilib, qalanları ambulator müalicə alır.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin