Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinin ikinci turu keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gəlib.
Qara fiqurlarla çıxış edən şahmatçımız rəqibinə məğlub olub. Təmsilçimiz növbəti tur ağ fiqurlarla ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə 22:30-da start götürəcək. 28 yaşlı qrossmeyster ilk turda rusiyalı Yan Nepomnyaşi ilə xalları yarı bölmüşdü.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:12 / 06.04.2024
Nicat Abasov ikinci turda məğlub oldu
Hazırda oxunan: Nicat Abasov ikinci turda məğlub oldu
Hazırda oxunan: Nicat Abasov ikinci turda məğlub oldu
185934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.