Braziliyada qandonduran hadisə baş verib. Bir ailə 3 uşağını koronavirusa qurban vermək istəyib. Nəticədə Braziliya polisi bu cəhdin qarşısını alıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Türkiyənin “Haber Global” telekanalı yayıb.
Şahidlərin ifadəsinə görə, hadisə Para bölgəsinin Bragança şəhərində qeydə alınıb. Sakinlərin informasiyasından sonra hadisə yerinə gələn polis əməkdaşları inanılmaz görüntülərlə qarşılaşıblar.
Bir ailə uşaqlarının ətrafında dövrə vuraraq dini ayin yerinə yetiriblər və onları koronavirusa qurban verməyə hazırlaşıblar.
Yerli sakinlər polisin gəlməsindən öncə bunun qarşısını almağa cəhd etsələr də istəklərinə nail ola bilməyiblər. Hadisənin görüntüləri sosial mediada yayılıb.
Şahidlər deyiblər ki, uşaqlar həmin vaxt bərk ağlayıblar.
Polis insidenti uşaq istismarı kimi qiymətləndirib. Hazırda araşdırma davam edir.
Qeyd edək ki, son statistikaya görə, Braziliyada 400 mindən çox şəxs koronavirusdan dünyasını dəyişib.
Braziliya prezidenti Bolsonaro koronavirusa qarşı qabaqlayıcı tədbirlər görməkdən imtina edib. Ölkədə peyvəndlənmə prosesinə hələ də başlanılmayıb.
Murad Əhmədov, Bizim.Media
Crianças são usadas como sacrifício humano em ritual para acabar com o COVID-19. pic.twitter.com/JvKMmOIznw
— Crimes Reais (@CrimesReais) April 17, 2021