Balakəndəki qəzanın TƏFƏRRÜATI 

Hazırda oxunan: Balakəndəki qəzanın TƏFƏRRÜATI 

185910

Ötən gün Balakən rayonunun Şərif kəndi ərazisində məktəblinin avtomobillə vurulması ilə bağlı ilkin təfərrüatlar bəlli olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dünən günorta saatlarında rayonun Şərif kəndi ərazisində Şamil Horcolov idarə etdiyi “QAZ-24” markalı avtomobil ilə piyada, 7 yaşlı Sevinc Abdullayevanı dərsdən çıxıb evə gedərkən vurub. 

Hadisə şahidlərinin sözlərinə görə, nəqliyyat vasitəsi sürətlə idarə olunub. Hadisə isə döngələrdən birində baş verib. Belə ki, nəqliyyat vasitəsinin əyləcində problem yaranıb və sürücü idarəetməni itirib. Azyaşlı hadisə şahidlərinin köməyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin