Şimal-Qərb bölgəsində on günə yaxın davam edən mülayim və isti hava şəraiti bu gecədən dəyişib.
Bizim.Media-nın yerli brosu xəbər verir ki, gecə saatlarından başlayaraq Şəki-Zaqatala rayonlarına narın yağış yağır. Son üç gündə bölgədə havanın temperaturu 14-20 dərəcə arasında dəyişsə də bu gecə yağmağa başlayan yağışdan sonra temperatur 12 dərəcəyə kimi enib.
Bölgənin yüksək dağlı ərazilərində isə hazırda havanın temperaturu 8-10 dərəcə arasında dəyişir.
Aqrar məsələlər üzrə mütəxəssislər, el ağsaqqalları belə yağışları kənd təsərrüfatının bütün sahələri üçün əsl “can dərmanı” hesab edir. Çünki hazırda dənli bitkilərin, bostan-tərəvəz məhsullarının istərsə də meyvə ağaclarının kök örtüyünün inkişaf dövrü hesab edilir və onların təbii su ilə qidalanması olduqca vacibdir.
Bölgədə yağışların sabah da davam edəcəyi gözlənilir.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu