İran bu tarixdə İsrailə hücum edəcək - CBS

Hazırda oxunan: İran bu tarixdə İsrailə hücum edəcək - CBS

185903

İsrail və ABŞ-ın qənatəinə görə, İran İsrailin Suriya konsulluğunu bombalamasına görə qisas almaq istəyir.

İran buna cavab olaraq ballistik və qanadlı raketlərlə birlikdə pilotsuz təyyarələrdən də istifadə edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “CBS Nyus” nəşri məlumat yayıb.
Məlumatda hücumun Ramazan ayının sonuna qədər baş verəcəyi bildirilib. 

Xatırladaq ki, aprelin 1-də İsrail hərbçiləri Dəməşqdə İran səfirliyinin yerləşdiyi diplomatik korpusun yanındakı binaya zərbə endirib, nəticədə SEPAH-ın iki generalı və 5 zabiti ölüb. İranın qisas alacağı gözlənilir. İsrail hakimiyyəti İrandan gələn təhdidlərlə bağlı müxtəlif ölkələrdəki 28 diplomatik nümayəndəliyini bağlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin