Hollivud ulduzu Ancelina Coli keçmiş əri aktyor Bred Pitti ona və uşaqlarına fiziki təzyiq göstərməkdə ittiham edib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, Coli ərizəni Los Anceles Ali Məhkəməsinə verib. Aktrisa Pittə şərab şirkətindəki payını satmağa çalışıb, lakin Pitt Coli üçün şərtlər qoyanda danışıqlar pozulub, söhbət gizlilik müqaviləsi imzalamaqdan gedir.
Aktrisa iddia edilən sui-istifadənin təfərrüatlarını açıqlamayıb. Pitt isə ittihamları rədd edir.
Qeyd edək ki, Pitt və Coli cütlüyü 2014-cü ildə rəsmi nikaha daxil olublar, lakin iki il sonra boşanma qərarlarını açıqlayıblar. Cütlüyün beş övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:51 / 05.04.2024
Ancelina Coli və Bred Pitt cəbhəsində GƏRGİNLİK: Yenidən məhkəməlik oldular
Hazırda oxunan: Ancelina Coli və Bred Pitt cəbhəsində GƏRGİNLİK: Yenidən məhkəməlik oldular
Hazırda oxunan: Ancelina Coli və Bred Pitt cəbhəsində GƏRGİNLİK: Yenidən məhkəməlik oldular
185861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.