"Adana Dəmirspor" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasının XXXI turu çərçivəsində səfərdə "Fənərbaxça"ya qarşı keçirdikləri oyun zamanı aldığı zədəyə aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə "Report"a açıqlamasında start heyətində meydana çıxan, lakin qarşılaşmanın fasiləsində əvəzlənən 29 yaşlı qolkiper bildirib:
"Matçın gedişində rəqib futbolçu dizi ilə ayağıma zərbə endirdi. Birinci hissənin sonuna qədər ayağım şişdi və hərəkət edə bilmədim. Sadə ağrılar olsaydı, davam edə bilərdim. Amma tərpənmək mümkün deyildi".
Ş.Məhəmmədəliyev 5-6 günə yaşıl meydanlara qayıda biləcəyini söyləyib:
"Tez bir zamanda hər şey yoluna düşəcək. İnşallah, sağalaraq komanda ilə birgə məşqlərə başlamaq istəyirəm".
Qeyd edək ki, "Fənərbaxça" - "Adana Dəmirspor" oyunu İstanbul klubunun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:43 / 05.04.2024
Şahruddinin son vəziyyəti necədir?
Hazırda oxunan: Şahruddinin son vəziyyəti necədir?
Hazırda oxunan: Şahruddinin son vəziyyəti necədir?
185860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.