Boşandığı əri ilə VİDEOSUNU paylaşan Britnidən ETİRAF: “Səni həyatım boyu sevəcəm” 

Hazırda oxunan: Boşandığı əri ilə VİDEOSUNU paylaşan Britnidən ETİRAF: “Səni həyatım boyu sevəcəm” 

185792

Başı qalmaqallardan açılmayan dünya pop səhnəsinin ulduzu Britni Spirs keçən yay boşandığı İran əsilli, keçmiş əri, fitnes məşqçi Sem Əsgəri ilə bağlı diqqətçəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında paylaşdığı videoda Britninin Sem ilə rəqs edərək, öpüşməsi əks olunub. 

“Mən çox sevirəm, ayıbdır. Səni bütün həyatım boyu sevəcəm! Bu, saxlamağa çalışmaq istədiyim xüsusiyyətdir. Geriyə baxmaq bəzən çətin olur, amma düzünü desəm, vacibdir... Mən bir çox hallarda həddən artıq həssas oluram. Bəzən keçmişimdən danışıram, çünki daha əvvəl baş vermiş səhvlərdən özümü qorumaq istəyirəm. Baxmayaraq ki, bunda müəyyən təhlükəsizlik var. Bu, çətindir, çünki insanların faydalana biləcəyi bir şeydir. Gənc olanda daha asan idi. Düşünürəm ki, insanlara daha çox güvənirdim və dünyanın qəddarlığını yaşamadım. İnsanlara qarşı həssas və açıq olmaq üçün darıxıram”, - deyə Spirs sözügedən görüntülərə şərh yazıb. 

Bir neçə dəqiqədən sonra Britni həmin paylaşımını silib. 

Qeyd edək ki, Britni Spirs və Sem Əsgəri çəkiliş meydançasında tanış olublar və 2016-cı ildən görüşməyə başlayıblar. O zaman müğənni atasının himayəsində olub. O dövrdə onun sosial dairəsi çox məhdud olsa da, Əsgəri onunla münasibət qurmağı bacarıb. Britni ilə münasibəti zamanı Əsgərinin karyerası yüksəlib. 2022-ci ildə onlar evləniblər, lakin evlilikləri 14 ay davam edib. Cütlüyə yaxın mənbənin sözlərinə görə, Spirs çoxdan Əsgəri ilə münasibətindən narazı olub və onunla mehriban şəkildə ayrılmağa qərar verib. İddialara görə, boşanma səbəbi Britninin Kaliforniyadakı evlərində ev işçilərindən biri ilə xəyanət etməsi olub. Əsgəridə bunu təsdiqləyən görüntülər də olub. İnsayderlər, həmçinin bildiriblər ki, Əsgəri vaxtaşırı ona əl qaldıran Britni Spirsin xoşagəlməz davranışından qorxub. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin