Sevda Əliqızı: “Bir evdə 3 ildən artıq yaşamıram” – VİDEO 

Hazırda oxunan: Sevda Əliqızı: “Bir evdə 3 ildən artıq yaşamıram” – VİDEO 

185762

“Hazırda mikrorayonda yaşayıram. Mən bir yerdə uzun müddət qala bilmirəm. Bu dəfə köçəndə qonşularım ağlayırdılar. Onlar istəmirdilər ki, mən başqa yerə köçəm. Köçmək mənim hobbimdir. Mən evi alıb sonra onu təmir etdirməyi, materialları almağı çox sevirəm. Ona görə də 2-3 il bir yerdə qalıb, sonra isə köçürəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Əliqızı qonaq olduğu “Xeyirli axşamlar” verilişində deyib. 

Sənətçi bildirib ki, ev alıb sonra təmir edib satmaq onun hobbisinə çevrilib: 

“Mikrorayon ərazisinə bir aydır ki, köçmüşəm. Mənim ən birinci evim Mərkəzi Univermağın yanında olub. Sonradan başqa yerlərə köçmüşəm. Bakının bir çox yerlərində evlərim olub. Evimin üçü “Çapayev” ərazisində olub. Oğlum Azad mənə deyir ki, “Qurban olum sənə, tezliklə başqa evə köçmə. Yük daşımaqdan yoruldum”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin