Görmə qabiliyyəti məhdud 100-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hazırda oxunan: Görmə qabiliyyəti məhdud 100-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

185738

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə qabiliyyəti məhdud şəxslər də reabilitasiya xidmətləri ilə təmin olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində son üç ildə həmin kateqoriyadan olan 100-dən çox şəxsə müxtəlif reabilitasiya xidmətləri göstərilib.

Burada əlilliyi olan 5-29 yaşlı şəxslər reabilitasiya və abilitasiya xidmətlərinə cəlb edilir. Onlar müəssisəyə stasionar və yarımstasionar formada qəbul olunur.

İlkin qiymətləndirmə nəticəsində müəyyənləşdirilmiş fərdi inkişaf proqramına uyğun olaraq onlara tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də sosial reabilitasiya xidmətləri göstərilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin