Həkim Bərdə sakinini şikəst qoydu - DETALLAR

Hazırda oxunan: Həkim Bərdə sakinini şikəst qoydu - DETALLAR

18572

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Bərdə rayon sakini Talıbov Orxan Telman oğlunun avtomobil qəzası nəticəsində aldığı xəsarətlə bağlı keçirdiyi əməliyyat zamanı həkim tərəfindən səhlənkarlığa yol verilməsi səbəbindən ayağında qüsurun yaranması, həmin faktla əlaqədar Bərdə Rayon Prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması ilə bağlı məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Orxan Talıbovun müraciəti üzrə hazırda Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır, zəruri izahatların alınması təmin edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Prokurorluq Ağdamda minaya düşən şəxslə bağlı məlumat yayıb


Həmçinin müraciət müəllifi Orxan Talıbovun ayağının əməliyyatı zamanı hər-hansı tibbi personalın səhvinin olub-olmamasını müəyyən etmək məqsədilə komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.

"Ekspertizanın rəyinə və digər toplanan sübutlara əsasən cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir", - Mətbuat xidmətindən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin