Stoltenberq: “NATO Rusiya-Ukrayna münaqişəsinin bir hissəsi deyil və olmayacaq”

Hazırda oxunan: Stoltenberq: “NATO Rusiya-Ukrayna münaqişəsinin bir hissəsi deyil və olmayacaq”

185719

“NATO ölkələri Ukraynaya daha çox Patriot sistemləri, eləcə də raketlər və onlar üçün ehtiyat hissələri təqdim etmək imkanlarını araşdırmaq niyyətindədir”.

Bizim.Media xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq keçirdiyi brifinqdə deyib.

Stoltenberq bildirib ki, NATO ölkələri yaxın həftələrdə Ukrayna üçün daha çox silah və sursat toplamalı və uzunmüddətli məcburi təchizat sistemi yaratmalıdır:

“NATO Rusiya-Ukrayna münaqişəsinin bir hissəsi deyil və onun bir hissəsi olmayacaq. NATO Avropa və Şimali Amerikada təhlükəsizliyin təmin edilməsinə yönəlib. Alyansın genişlənmək planları yoxdur, dünyanın digər yerlərindən olan ölkələri öz sıralarına qəbul edir”. 
Baş katib qeyd edib ki, Ukrayna alyansın döyüş hissələrinin göndərilməsini deyil, hərbi yardımın artırılmasını xahiş edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin