Ermənistanın baş naziri Nikol Paşinyan Meğri şəhərinə gedib.
Bizim.Media erməni mətbuatına istinadla xəbər verir ki, burada o, xoşagəlməz sürprizlə qarşılaşıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Azərbaycanın Şurnuxu kəndinə gəldi - FOTOLAR
Sakinlər Paşinyanın şəhər meydanına girişinin qarşısını almağa cəhd göstəriblər. O, Meğri şəhəri boyunca yürüş etməyə çalışıb. Baş nazir səs-küy fonunda sakinlərlə səsgücləndirici vasitə ilə dialoq qurub.
Lakin yerli sakinlər Paşinyana lənət və təhqir dolu söyüşlər yağdıraraq, onun Meğridən çıxmasını tələb edirlər.
Fitə basılan baş nazir Meğridə "Nikol xaindir!", "Nikol türkdür!" şüarları ilə qarşılanıb. Ermənistan liderini çox sayda təhlükəsizlik işçisinin müşayiət etməsi də diqqətdən qaçmayıb.
Sakinlərlə onlar arasında da gərginlik yaşanıb. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Sarkis Ovannisyanın pencəyi cırılıb.
Bizim.Media