Güclü külək nəticəsində 4 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə "report.az"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə üç ünvan üzrə 4 müraciət qeydə alınıb. Onların hər birinə təcili tibbi yardım briqadası cəlb olunub. Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 2-si kişi, 2-si isə qadın olub. Onlardan 2-si (1 qadın, 1 kişi) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. İki nəfərə (1 qadın, 1 kişi) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:03 / 04.04.2024
Güclü küləyə görə 4 nəfər xəsarət alıb - TƏBİB
Hazırda oxunan: Güclü küləyə görə 4 nəfər xəsarət alıb - TƏBİB
Hazırda oxunan: Güclü küləyə görə 4 nəfər xəsarət alıb - TƏBİB
185668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.