Bu il Dövlət Neft Fondu AÇG-dən nə qədər gəlir əldə edib?

Hazırda oxunan: Bu il Dövlət Neft Fondu AÇG-dən nə qədər gəlir əldə edib?

185652

Bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 1 milyard 447,8 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə Bizim.Media-ya fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 596,2 milyon ABŞ dolları və yaxud 29,2% azdır.

Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında ARDNF AÇG-dən 2 milyard 044 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də bp (30,37%), SOCAR (25%), “MOL Group” (9,57%) INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), “ONGC Videsh Limited” (OVL, 2,31%) pay sahibidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin