Bakıda tıxacı azaldacaq yol tikilir – FOTO   

Hazırda oxunan: Bakıda tıxacı azaldacaq yol tikilir – FOTO   

185646

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə start verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km-dir. 
Yeni avtomobil yolu altı hərəkət zolağından ibarət olacaq. 

Hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası işləri həyata keçirilir. 
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun icra edilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

Qeyd edək ki, yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin