Baş prokuror: "Ermənistan işğaldan azad olunan ərazilərdə ekoloji cinayətlər törədib"

Hazırda oxunan: Baş prokuror: "Ermənistan işğaldan azad olunan ərazilərdə ekoloji cinayətlər törədib"

185610

Ermənistan tərəfindən işğaldan azad olunan ərazilərdə ekoloji cinayətlər törədilib.

Bizim.Media xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev  Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşü zamanı deyib.

O bildirib ki, hazırda bu cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən yaradılmış istintaq qrupu tərəfindən araşdırılır:

"Bu cinayətlərin hüquqi nəticələri ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, milli və beynəlxalq qanunvericiliyə uyğun lazımi hüquqi tədbirlərin görülməsi təmin olunacaq".

Kamran Əliyev qeyd edib ki, ekoloji cinayətlərlə bağlı digər ölkələrin hüquq-mühafizə orqanlarına da qarşılıqlı hüquqi yardımın göstərilməsi ilə bağlı müraciətlər ediblər: Onlarla intensiv əlaqələr saxlayırıq. Bu nəticələr toplandıqdan sonra istintaq materialları beynəlxalq məhkəmələrdə istifadə olunacaq”.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin