Xalq artisti Flora Kərimova illər əvvəl gözündə keçirdiyi uğursuz plastik əməliyyatından söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətkar “İlkin xəbər” verilişinə müsahibəsində danışıb.
Estetik əməliyyatın qurbanı olduğunu söyləyən Kərimova plastik cərrahın onu şikəst qoyduğunu bildirib:
“Eynəkdə gəzirəm. Bu, mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Bu insan məni şikəst edib”.
Rəşad Əliyev, Bizim.Media