Baş prokuror: Xəzər dənizi bizim dövlətlərin ortaq dəyəridir

Hazırda oxunan: Baş prokuror: Xəzər dənizi bizim dövlətlərin ortaq dəyəridir

185589

"Xəzər dənizi bizim dövlətlərin ortaq dəyəridir, tarixən bizim xalqlarımızın inkişafında öz rolunu oynayıb"

Bizim.Media xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev  Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşü zamanı deyib.

O bildirib ki, Xəzərin təbiətinin mühafizəsi və biomüxtəlifliyinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi bizim mənəvi borcumuzdur:

" Əminəm ki, bu gün aparılacaq qarşılıqlı müzakirələr regionumuzda ətraf mühitin mühafizəsi, ələlxüsus da cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi baxımından faydalı olacaq, bu sahədə gələcək əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin