Zərdabda 9 otaqlı ev yanaraq külə dönüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Cilovxanlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 64 yaşlı Musayev Mirzəhüseyn Əmirhüseyn oğluna məxsus ümumi sahəsi 360 kv metr olan ikimərtəbəli ev əşyaları ilə birlikdə yanaraq külə yanıb.
Hadisə yerinə Fövqaladı Hallar Nazirliyinin Zərdab rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.Hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır.
Bizim.Media, Aran bürosu