Bu gün Lənkəranda baş verən qəzada xəsarət alan 1 nəfər ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lənkəranda baş verən yol qəzasında ağır xəsarət alan 1997-ci il təvəllüdlü Samir Yusif oğlu Abbasov xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
MÖVZU İLƏ BAĞLI:
Lənkərandakı qəzada xəsarət alanların kimliyi BİLİNDİ - YENİLƏNİB/FOTO
Qeyd edək ki, S.Abbasov sıxılaraq deformasiyaya uğrayan yük avtomobilinın içində qalmışdı.
FHN-nin xilasediciləri tərəfindən yük maşınından çıxarılaraq xəstəxanaya çatdırılmış Abbasovun həyatını həkimlərin səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.