Buraxılış imtahanında maksimum nəticə göstərən Şəki məktəblilərinin gələcək HƏDƏFLƏRİ NƏDİR? – FOTO   

Hazırda oxunan: Buraxılış imtahanında maksimum nəticə göstərən Şəki məktəblilərinin gələcək HƏDƏFLƏRİ NƏDİR? – FOTO   

185475

Martın 3-də keçirilən buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən ölkə üzrə yüksək nəticə göstərən 14 məktəblidən 6-ı Şəki-Zaqatala bölgəsini təmsil edir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onlardan üçü Şəki, digərləri isə Qəbələnin ümumtəhsil məktəblərinin yetirmələridir. 

Bu gün şagirdləri yüksək nəticə göstərən məktəblərdə əsl bayram əhval-ruhiyyəsi yaşanıb. 

Təhsil ənənələri və şagirdlərinin uğurlu nəticələri ilə fərqlənən Şəki şəhər 5 nömrəli tam orta məktəbdə bu gün başqa bir qələbə sevinci yaşanır. Bu təhsil ocağının 11b sinfinin beş şagirdi buraxılış imtahanlarında 250 bal və daha çox nəticə ilə müəllimlərini sevindirib. 

Sözügedən məktəbin şagirdi Fatimə Teymurlu isə maksimum nəticə göstərib. 

Gələcəkdə göz həkimi olmağı planlaşdıran Fatimə dərslərini səylə davam etdirir. Hədəfinə çatmaq üçün vaxtından səmərəli istifadə edir. 

“Gecə-gündüz bu nəticəni əldə etmək üçün çalışdım və istədiyim maksimal nəticəni əldə etdim. Tibb sahəsində gələcəkdə uğurlar əldə etmək istəyirəm”, - deyən məktəbli göz həkimi olmaq üçün bütün gücünü cəmləşdirib, sonrakı bilik imtahanlarında da yüksək nəticə əldə etmək üçün səylə çalışacağını bildirir. 

650 şagirdin təhsil aldığı Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseyin 11-ci sinfini bu il 42 şagird başa vurur. Buraxılış imtahanında onlardan 19-u 250 və daha çox bal toplayıb. 

Amalya Əliyeva isə maksumum nəticə ilə bir ilkə imza atıb. 

Kompüter mühəndisi olmaq üçün əzmlə çalışan Amalya əldə etdiyi uğurlara görə müəllimlərinə minnətdardır. 

Növbəti qəhrəmanımız isə şəhər 18 nömrəli məktəbin şagirdi Zərifə İlyasovadır. 

Ötən ilə kimi həkim olmaq arzusu ilə dərslərinə davam etsə də, son anda fikrini dəyişib və “big-data” yəni kompüter elmləri sahəsini seçib. Söhbət əsnasında Zərifə onu da diqqətimizə çatdırır ki, onun ən sevimli fənni riyaziyyatdır və bu fənn üzrə özünün “youtube” kanalı fəaliyyət göstərir. Bəli, bəli yanlış eşitmədiniz. 11-ci sinif şagirdi həm özü öyrənir, həm də yaşıdlarına dərslərində kömək edir. 

Zərifənin də ali məktəblə bağlı hədəfi bəllidir. O, ADA Universitetinə qəbul olmaq, daha sonra beynəlxalq proqram və layihələrə qoşularaq təhsilini davam etdirmək və Azərbaycanı bu sahədə tanıtmaqdır. 

Hər üç məktəblimizi dinlədikcə gələcəyimiz olan belə gənclərin varlığından vətəndaş olaraq qürurlanır və sabahımızın etibarlı əllərdə olmasına sevinirik. 












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin