Dmitri Trenin: "Nə Fransa, nə də ABŞ İrəvanı heç bir müdafiə ilə təmin edə bilməz" – ÖZƏL 

Hazırda oxunan: Dmitri Trenin: "Nə Fransa, nə də ABŞ İrəvanı heç bir müdafiə ilə təmin edə bilməz" – ÖZƏL 

185467

"Mən 5 aprel görüşünün təşkilində Ermənistanı Rusiyadan ayırmaqdan başqa məqsəd görmürəm". 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin professoru Dmitri Trenin deyib. 

“Qərb Rusiyanı Ermənistandan sıxışdıra bilər, lakin...”
 

MÖVZU İLƏ BAĞLI:

İran Qərbin Ermənistanda möhkəmlənməsinə niyə SUSUR? – Saleh Kamranidən ÖZƏL AÇIQLAMA 


5 aprel tarixində Brüsseldə keçiriləcək görüşü şərh edən professor, nə Fransanın, nə də ABŞ-ın Ermənistanı müdafiə etməyəcəyinə diqqət çəkib. 

"Nə ABŞ və Fransa ayrı-ayrılıqda, nə də NATO və Aİ kollektiv şəkildə İrəvanı heç bir müdafiə ilə təmin edə bilməz və bunu heç vaxt  istəməzlər. Lakin amerikalılar və avropalılar Rusiyanın Ermənistandakı təsirini azaltmaq cəhdlərinə davam edəcəklər. Birbaşa Ermənistanda “Rusiyaya qarşı ikinci cəbhə”nin açılmasına gəlincə, bu, bir qədər mübaliğəli görünür. Bəli, Qərb Rusiyanı Ermənistandan sıxışdıra bilər, lakin çətin ki, bu vəziyyət Rusiya-Ermənistan silahlı münaqişəsinə səbəb olsun", - deyə D.Trenin deyib. 

“Qərb Cənubi Qafqazda uğur qazana bilməyəcək”

ABŞ-nin eyni ssenarini Gürcüstanda da oynamaq istədiyinə diqqət çəkən analitik, bu mövzuda da Qərbin uğur qazana bilmədiyini qeyd edib:

"ABŞ Gürcüstanda Rusiyaya qarşı real “ikinci cəbhə” açmağa cəhd edə bilər. Amma bunun üçün bu ölkədəki siyasi hakimiyyəti dəyişmək lazımdır. İndiki Gürcüstan hakimiyyəti başqalarının oyununu oynamaq istəmir və Moskva ilə praqmatik və qarşılıqlı faydalı münasibətlər qura bilib. Digər tərəfdən, Rusiya Azərbaycanla məhsuldar əlaqələrin davamını və inkişafını səbirsizliklə gözləyir. Şəxsən mən düşünmürəm ki, Bakı özünü Rusiya əleyhinə oyunlara cəlb etsin".

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin