“Qaçqınkom”un departament direktoru CƏRİMƏLƏNDİ

Hazırda oxunan: “Qaçqınkom”un departament direktoru CƏRİMƏLƏNDİ

185370

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov cərimələnib. 

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Səbuhi Əhmədova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb. 

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 

192.4-cü maddəyə əsasən, vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Səbuhi Əhmədov dövlət xidmətinin qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Binəqədi Rayon Məhkəməsində baxılacaq. İş hakim Aynurə Sadıqovanın icraatındadır. 
Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin