Tərtər rayonunun Çaylı kəndində minaya düşərək xəsarət alan 2 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bizim.Media-nın yerli bürosuna xəstəxanadan bildirilib ki, yaralılardan 1992-ci il təvəllüdlü (kişi cinsli) şəxsə sağ bazu oynağının və boyunun açıq yarası, sağ yuxarı ətrafın və üzün çoxsaylı qəlpə yarası, 2006-cı il təvəllüdlü (kişi cinsli) şəxsə hər iki ayağın amputasiyası, sol əlin qəlpə yaraları diaqnozları qoyulub.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Tərtərdə mina partladı - Xəsarət alanlar var
Xəsarət alanlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hər birinə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu