Xalq artisti Nəzakət Teymurova yeni fotoları ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, həcmli, boz rəngdə kostyumda kamera önünə keçən sənətçi geyimini gül aksessuarı və müxtəlif zinət əşyaları ilə bəzəyib.
Xalq artistinin imici üzərində stilist və vizajist Elnur Həsənov çalışıb.
Teymurova, paylaşımına “Gecələr göydə səni çox gəzib axtardı yuxum. Zülmətin bağrını ağ eşqi ilə yardı yuxum” sözlərini yazıb.
Xalq artistinin şəkilləri sosial şəbəkə tərəfindən təriflə qarşılanıb.
Rəşad Əliyev, Bizim.Media