Taksi xidməti ilə bağlı yeni qəbul olunan qərardan sonra bəzi sahibkar və şirkətlər avtomobil parkını yeniləməyə başlayıblar.
Bizim.Media xəbər verir ki, artıq köhnə və sıxınıq-salxaq "Toyota Prius" markalı avtomobillərin istismarına son qoyulur və internet üzərindən satışa çıxarılır.
Taksi sürücüləri də ARB TV-yə bildirib ki, "Prius"la işləmək onlara sərf etmir:
"Avtomobil 2006-cı ilin istehsalıdır Nə reklama yararlıdır, nə də bonus düşür. Heç taksi kimi işləmək də olmayacaq".
Bizim.Media