Xəbər verdiyimiz kimi, Sumqayıtda dəniz sahilində meyiti tapılan uşağın qətlə yetirilməsi məlum olub və atası 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan şübhəli şəxs qismində saxlanılıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən 1 yaş 4 aylıq uşağının qətlində şübhəli bilinən şəxsin fotolarını təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda dəniz sahilində 6 aylıq uşaq meyiti tapıldı
Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Bizim.Media