Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilsə də, artıq bu rəngdə olan avtomobillərə tələbat artıb.
Bizim.Media xəbər verir ki, mövzunu nəqliyyat eksperti Aslan Əsədov davam etdirib.
Onun sözlərinə görə, sözügedən avtomobillərin qiymətində də artım qaçılmaz olacaq. Hətta indiki bazarda bu qiymət artımı özünü müəyyən qədər göstərir.
Yeni qərardan sonra ölkəyə gətirilən avtomobillər arasında da mühərrik həcmi kiçik olan qırmızı rəngli avtomobillərin də sifariş sayında artım müşahidə olunur.
Avtomobil daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədli isə deyib ki, qırmızı rəngi avtomobil sifarişləri ümumi satışın 5-7 faizini təşkil edirdisə, indi 15-17 faizini təşkil edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media