Vətəndaşlar elektron pulun saxta olub-olmamasını necə müəyyən edə bilərlər? - VİDEO

Hazırda oxunan: Vətəndaşlar elektron pulun saxta olub-olmamasını necə müəyyən edə bilərlər? - VİDEO

185060

Son günlər saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır. Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb.

Bizim.Media xəbər verir ki, mövzuya  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev münasibət bildirib.

Onun sözlərinə görə, təkcə dünən bir neçə şəxs belə faktdan zərər görüb.

E.Hacıyev onu da əlavə edib ki, həmin şəxslərin hansısa birja, maliyyə qurumu və bankla əlaqələri yoxdur.
Bəs onlayn platformada saxta kriptovalyutanı necə müəyyən etmək olar? İnformasiya Texnologiyaları üzrə mütəxəssis Bəhruz Əliyev hesab edir ki, kiberdələduzlar bu işi ustalıqla etdiklərindən bəzən vətəndaşlar bunu müəyyən etməkdə çətinlik çəkirlər.

DİN vətəndaşları diqqətli olmağı, saxta hesablar üzərindən kriptovalyuta mübadiləsindən çəkinməyi tövsiyə edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin