Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılıb.
Bizim.Media-nın xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub.
MÖVZU İLƏ BAĞLI:
Rövşən Əkbərovun qətl işində Yunus Oğuzun və Nazim İbrahimovun şahidlik müəmması - AÇIQLAMA
Qərara əsasən, həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət təmin edilməyib.
Qeyd edək ki,15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media