Cahid Bağçı Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

Hazırda oxunan: Cahid Bağçı Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

185056

“Qardaş Azərbaycanla imzalanan Şuşa bəyannaməsi çərçivəsində başda təhlükəsizlik olmaqla ticarət, logistika, energetika sahələrində əməkdaşlığı genişləndirmək və gücləndirmək üçün çalışırıq”.

Bizim.Media  xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Bakıda Türkiyə tələbələrinin, şəhid və qazi ailələrinin iştirakı ilə keçirilən iftarda çıxışı zamanı deyib.

C.Bağçı əlavə edib ki, yeni dövrdə strateji əlaqələri inkişaf etdirmək, iqtisadi və ticari əlaqələri gücləndirmək, enerji təhlükəsizliyini təmin etmək, qitələrlə əlaqələri yaxşılaşdırmaq Тürkiyə üçün prioritetdir:

“Xaricdə vətəndaşlarımızın hüquq və mənafelərinin ən səmərəli şəkildə qorunması və onların yaşadıqları ölkələrə uyğunlaşmasının təmin edilməsi həmişə olduğu kimi, bizim əsas prioritetlərimizdir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin