Ukraynada vəfat edən azərbaycanlı jurnalistin nəşi Vətənə yola salındı - VİDEO

Hazırda oxunan: Ukraynada vəfat edən azərbaycanlı jurnalistin nəşi Vətənə yola salındı - VİDEO

185025

Ukraynada vəfat edən azərbaycanlı jurnalist İdrak Camalbəylinin nəşi Vətənə yola salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, jurnalistin nəşi yola salınarkən ukraynalılar hörmət əlaməti olaraq önündə diz çöküb, onun Ukraynaya xidmətini yüksək qiymətləndiriblər.

Jurnalistin nəşi dünən Kiyevdən Kişinyova yola salınıb. Moldovadan birbaşa reyslər ləğv olunduğundan, nəşi Türkiyəyə göndəriləcək. Sabah günün ikinci yarısında isə İstanbul-Bakı reysi ilə Vətənə gətiriləcək.
Qeyd edək ki, Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli martın 29-da ürək tutmasından vəfat etmişdi.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin