Cüdoçumuz “Böyük dəbilqə” turnirinin finalına çıxdı

Hazırda oxunan: Cüdoçumuz “Böyük dəbilqə” turnirinin finalına çıxdı

185010

Bu gün Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulacaq. 

Bizim.Media xəbər verir ki, yarışın son günündə Azərbaycanın daha üç idmançısı qüvvəsini sınayır.

Onlardan biri Vüqar Talıbov finala çıxıb. Vüqar Talıbov mübarizəyə 1/32 finaldan başlayıb. O, ilk görüşündə Aleksandr Sidorikə (AİN) qalib gəlib. Növbəti rəqib Teodois Tselidis (Yunanıstan) yarışa çıxmaqdan imtina etdiyi üçün Vüqar mübarizəsiz 1/8 finala yüksəlib.

Talıbov bu mərhələdə BƏƏ-ni təmsil edən Aram Qriqoryandan güclü olub. O, 1/4 finalda İvan Felipe Silva Moralesi (Kuba) də mübarizədən kənarlaşdırıb. Vüqar yarımfinalda Mihael Zqankla (Türkiyə) güləşib. Rəqibin ardıcıl 3 xəbərdarlıq alması ilə qələbə təmsilçimizə verilib. Həlledici görüşdə cüdoçumuzun rəqibi yaponiyalı idmançı olacaq.
Bu gün tatamiyə çıxan Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal şanslarını itiriblər.

Qeyd edək ki, turnirdə daha əvvəl Azərbaycanın 6 cüdoçusu qüvvəsini sınayıb. Yalnız Rəşid Məmmədəliyev finalda uduzaraq (73 kq) gümüş medal qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin