Sankt-Peterburqda reydlərdən sonra 400-dən çox miqrant Rusiyadan məcburi şəkildə çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Bumaqa” nəşri yazır.
Martın 25-dən 29-dək Sankt-Peterburq şəhərinin rayon məhkəmələrinə miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 584 iş daxil olub. Onlardan 515 işə artıq baxılıb.
Məlumata görə, yoxlamalardan sonra 418 miqrant cərimələnib və məcburi olaraq ölkədən çıxarılıb. 48 nəfərə Rusiyanı özhesabına tərk etmək barədə öhdəlik götürüb.
