DİN saxta kriptovalyuta ilə bağlı vətəndaşlara müraciət etdi - DİQQƏTLİ OLUN!

Hazırda oxunan: DİN saxta kriptovalyuta ilə bağlı vətəndaşlara müraciət etdi - DİQQƏTLİ OLUN!

184891

Saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır. Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb. Təkcə dünən bir neçə vətəndaşımıza dəyən ziyanın miqdarı 20 min manata yaxındır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, cinayətkar şəxslər və ya qruplar “onlayn valyutadəyişmə məntəqələri” yaratmaqla valyuta məzənnələrini şişirdərək diqqəti cəlb edir, saxta elektron sikkələr sataraq insanların pul vəsaitlərini kütləvi formada talayırlar.

“Elektron dövriyyədə bu mübadilə real görünsə də, əslində saxta səhifələr üzərindən idarə edilir, hansısa birja, maliyyə, bank əlaqəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq vətəndaşları diqqətli olmağa, saxta hesablar üzərindən kriptovalyuta mübadiləsindən çəkinməyə çağırırıq”, - deyə DİN-in məlumatında bildirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin