Pavel Klaçkov: “Qərb Ermənistanı intihara sürükləyir”

Hazırda oxunan: Pavel Klaçkov: “Qərb Ermənistanı intihara sürükləyir”

184861

“Biz Ermənistanda Qərb siyasi strateqlərinin manipulyasiyalarını görürük, Qərb Ermənistanı intihara meylli anti-Rusiya tendensiyasına sürükləyir. Bununla belə, Ermənistan heç vaxt Avropa Birliyinin və ya NATO-nun bir hissəsi ola bilməyəcək”

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya KİV-lərinə müsahibəsində Rusiya hökuməti yanında Maliyyə Universitetinin direktoru, politoloq Pavel Klaçkov deyib. 

O bildirib ki, Ermənistan bu gün Ukraynadan sonra Qərbin yeni qurbanına və Cənubi Qafqazda “anti-Rusiya” quruculuğu mərkəzinə çevrilib:

“Qərb bu gün Ermənistana xüsusi münasibət göstərir. Amma bu prosesdə ayrı-ayrı dövlətlər xüsusilə fəaldırlar - xüsusən də Fransa. Lakin bütün bu “diqqət” və “vədlər” sadə ermənilərə məşəqqətdən başqa bir şey vəd etmir. Ermənistanla bağlı vəziyyətin tezliklə dəyişəcəyinə ümidim yoxdur. Görünən odur ki, Rusiya-Ermənistan münasibətlərində soyuqluq kifayət qədər uzun olacaq. Əgər bizə tüpürürlərsə, cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi alovlanırılırsa, buna dözmək olmaz. İnanıram ki, nə vaxtsa Rusiya bununla bağlı qəti qərar verəcək və Ermənistandan hesab soruşulacaq”. 

Politoloqun fikrincə, Qərb şübhəsiz ki, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır: 

“Amma çətin ki, onlar bu planlarını həyata keçirə bilsinlər. Bütün hallarda Rusiya Qərbi bütün MDB məkanından çıxarmağa hazır olmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin