“Taksilərin sayının azaldılmasına müvafiq olaraq, avtobuslar xəttə buraxılacaq” – RƏSMİ

Hazırda oxunan: “Taksilərin sayının azaldılmasına müvafiq olaraq, avtobuslar xəttə buraxılacaq” – RƏSMİ

184858

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən taksilərlə bağlı yeni qaydalar qüvvəyə minib. Sözügedən qaydalar içərisində bir sıra məhdudiyyətlər, xüsusilə də taksidə istifadə olunan maşınların buraxılış iliylə bağlı qadağalar öz əksini tapıb.

Belə ki, qaydalar qüvvəyə mindikdən sonra 15 ildən köhnə maşınlardan taksi fəaliyyətində istifadə etmək mümkün olmayacaq. Sərnişindaşıma ilə məşğul olan avtomobillərin mühüm hissəsinin məhz 15 ildən daha köhnə olması isə taksilərin sayının azalacağını deməyə əsas verir. Təklifin azalacağını nəzərə aldıqda, taksi qiymətlərinin bahalaşacağını da proqnozlaşdıra bilərik. 

Belə olan halda, ictimai nəqliyyatdan istifadənin artması qaçılmazdır.

Bəs, paytaxtın ictimai nəqliyyat sistemi bu yükü qəbul etməyə hazırdır?

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda taksi sayı digər ölkələrlə müqayisədə dəfələrlə çoxdur: 

“Bu gün Bakının əsas küçə və prospektləri ilə yanaşı ətraf ərazilərdə də sıxlıq və tıxaclar müşahidə olunur. İctimai nəqliyyatın hərəkətini ləngidən əsas amil də elə 10 minlərlə qanunsuz taksinin fəaliyyət göstərməsidir. Əgər fərdi nəqliyyat vasitəsi gün ərzində 2 dəfə səfər reallaşdırırsa, taksilərdə bu göstərici 10 dəfə çoxdur. 

Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq. 
Bu sahədə AYNA tərəfindən təhlillər aparılıb və nəticələrə əsasən taksi saylarının azaldılmasına müvafiq olaraq avtobuslar xəttə buraxılacaq. Bu da sərnişin sıxlığının, eləcə də avtobusların qrafikdən və intervaldan kənarlaşması hallarının qarşısını alacaq.  

Yeri gəlmişkən, Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək. Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir”.

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin