“Rusiyanın neftayırma zavodlarına hücum etməkdən başqa seçimimiz yoxdur” – Zelenski 

Hazırda oxunan: “Rusiyanın neftayırma zavodlarına hücum etməkdən başqa seçimimiz yoxdur” – Zelenski 

184855

ABŞ Kiyevin Rusiyanın neft emalı zavodlarına və yanacaq-energetika obyektlərinə hücumlarından narazıdır. 

Bizim.Media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski “The Washington Post” qəzetinə müsahibəsində bununla bağlı danışıb.

"ABŞ-ın buna reaksiyası müsbət olmadı. Lakin Vaşinqton Ukraynanın öz istehsalı olan silahlardan istifadəsini məhdudlaşdıra bilməz. Biz öz PUA-larımızdan istifadə edirik. Heç kim bizə “siz bunu edə bilməzsiniz” şəklində qadağa qoya bilməz”, - deyə Zelenski əlavə edib. 

Zelenski hesab edir ki, Rusiyanın Ukraynanın enerji sisteminə hücumlarının qarşısını yalnız Rusiyaya oxşar zərbələr endirməklə almaq olar: 

“Əgər bizim enerji sistemimizi qorumaq üçün hava hücumundan müdafiə sistemi yoxdursa və ruslar ona hücum edirsə, mənim sualım belədir: biz niyə cavab verə bilmirik?! Onların cəmiyyəti benzinsiz, dizelsiz, işıqsız yaşamağı öyrənməlidir. Bu ədalətlidir. Rusiya bu addımları dayandırdıqda biz də dayanacağıq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin